YEPİSKOP VLADİMİR FEKETE HƏVARİ BARTALMAYIN ANIM GÜNÜ İBADƏTİNDƏ İŞTİRAK EDİB
Azərbaycan xristianları üçün Həvari Bartalmayın şəxsiyyəti müstəsna əhəmiyyət kəsb edir.
Qədim Kilsə rəvayətinə görə, müasir Azərbaycanın yerləşdiyi torpaqlarda Məsihi Nurun vəz edilməsi püşkü Bartalmaya düşür. Müqəddəs Bartalmay bu coğrafiyada, Xəzər dənizinin sahilində Məsih uğrunda şəhid oldu. Şərq Kilsəsinin ənənəsi bu hadisənin baş verdiyi məkanın indiki Bakı şəhəri olduğunu iddia edir.
Müqəddəs Bartalmayın xatirəsi hər il pravoslav xristianları tərəfindən iyunun 24-də, katolik xristianları tərəfindən avqustun 24-də qeyd edilir.
Daha sonra Azərbaycanın katolik və pravoslav icmalarının arxipastırları arasında görüş keçirilib.
Görüş zamanı xristianarası dialoq məsələləri müzakirə edilib və qarşılıqlı əməkdaşlıq perspektivləri müəyyən edilib.