MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ, AZƏRBAYCAN, RUSİYA VƏ BELARUS YEPİSKOPLARININ GÖRÜŞÜ KEÇİRİLİB

Sentyabrın 19-22-də Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan və Monqolustan yepiskopları və ordinarilərin qardaş görüşündə iştirak edib.
Görüş zamanı Yerli Kilsələrin başçıları təcrübə mübadiləsi aparıblar, Müjdə və pastır qayğıların cari məsələlərini müzakirə ediblər.
Görüş çərçivəsində yepiskoplar və ordinarilər Akmola şəhərində, 1938-1953-cü illərdə “vətən xainlərinin arvadları” üçün konsentrasiya düşərgəsinin yerləşdiyi (“A.L.J.I.R.”) xatirə kompleksini ziyarət ediblər.
Görüş iştirakçıları həmçinin Qazaxıstanın paytaxtında yunan-katolik və pravoslav kilsələrində də olublar.
Sentyabrın 20-də, Koreyalı şəhidlərin anım günündə keçirilən Müqəddəs Messada yepiskop Vladimir Fekete ibadət edənlərə moizə sözləri ilə müraciət etdi.
Sentyabrın 21-də Astana şəhəri “Allahın Validəsi-Yolulmaz Kömək” kafedral kilsəsində Roma Papaların Qazaxıstana səfərlərinin xatirəsinə konsert verilmişdir.
Sentyabrın 23-də Mərkəzi Asiya ölkələri, Azərbaycan, Rusiya və Belarus yepiskoplarının və ordinarilərin görüşü öz işini başa çatdırıb.